Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2023

Kuba Prezidenti: Seyid Əli Xamenei müdrik şəxsiyyətdir

Kuba Prezidenti Migel Diaz-Kanel bildirib ki, Seyid Əli Xamenei öz xalqını düzgün idarəçilik və öz müqəddəratını təyinetmə yoluna necə aparmağı bilən müdrik şəxsiyyətdir.

Kuba Prezidenti Migel Diaz-Kanel “Əl-Mayadin” telekanalına eksklüziv müsahibəsində deyib:
“İranlılar kubalıların qardaş və bacılarıdır. İranla tarixi əlaqələrimizin əsasını təşkil edən odur ki, hər iki ölkə blokada və sanksiyalara qarşı möhkəm müqavimət göstərib. İranın Rəhbəri kimi Seyid Əli Xameneiyə böyük hörmətim var. O, təhlil, dəyərləndirmə və təfəkkürdə güclü şəxsiyyətdir. Xalqını düzgün idarəçilik və öz müqəddəratını təyinetmə istiqamətinə aparmağı bilən müdrik bir şəxsiyyətdir.

Cənab İbrahim Rəisi ilə münasibətlərimiz əladır. Biz Kubada birgə iqtisadi inkişaf layihələrində əməkdaşlıq edirik. Biz cənab Rəisinin Kubaya erkən səfərini gözləyirik. Bu görüş bizim tarixi əlaqələrimizdə dönüş nöqtəsi olacaqdır. Mən də bu il İrana rəsmi səfər etmək istəyirəm. Elmi tədqiqatlar, o cümlədən bioloji və əczaçılıq texnologiyaları sahəsində birgə planlarımız var. İranın mühasirədə və bir çox məhdudiyyətlər altında olduğu halda, texnologiya sahəsində irəliləyişi çox mühüm məsələdir.”




3750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP