Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2023

Haaretz Netanyahu hökumətini yıxıb-sürüdü

Sionist rejimə aid "Haaretz" qəzeti baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin sağçı kabinetinə hücum edərək onu işğalçı rejimi görünməmiş xaosa doğru sövq etməkdə günahlandırıb.
Bu qəzetin baş məqaləsində deyilir: “Netanyahu hökuməti “İsrail”i son illərdə görünməmiş xaosa aparıb. Məhkəmə anarxiyasından sonra isə növbə təhlükəsizlik anarxiyasındadır.

“İsrail”in cəmiyyəti çətin şəraitdə yaşamalı və öz mövqelərinə layiq olmayan liderlərin nəticəsi olan ardıcıl hadisələrin şahidi olmalıdır.”

Haaretz həmçinin Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə qarşı vəhşicəsinə hücumu “Netanyahu və “İsrail” kabineti üçün biabırçılıq” adlandırıb və yazıb: “Bütün bunlar “İsrail” tarixindəki ən ekstremal hökumətin Təl-Əvivdə hökm sürdüyü və onun baş nazirinin cinayət işi ilə üzləşdiyi bir vaxtda baş verir.”
Qəzet öz təhlilinin davamında yazıb ki, Yoav Gallant (müharibə Naziri) vəzifəsindən azad edildi, çünki hərbi çevrilişin orduya təsirləri barədə xəbərdarlıq etməyə cəsarət edə bilmişdi, lakin o da həqiqəti söyləmədi. Daxili təhlükəsizlik naziri "İtmar Ben Gover" də təcrübəsiz, məsuliyyətsiz və səriştəsiz bir şəxsdir.
Qəzet qeyd edib ki, Netanyahunun kabinetinin üzvlərindən heç biri vəziyyətin pisləşməsinə görə məsuliyyəti öhdəsinə almır; əksinə, hər biri özündən başqasını günahlandırır.

Haaretz sonda yazıb: “Netanyahu hökuməti məsuliyyət daşıyır və gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə borcludur və çox qəddar davranmamalıdır, çünki bütün region görünməmiş gərgin vəziyyətdədir.”


2766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP