Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2023

BƏƏ də Amerika orbitini tərk edir

İranın bölgədə apardığı xarici siyasət ABŞ-ı sıxışdırır və ərəb ölkələrini bir-birinin ardınca təcavüzkar ABŞ-dan uzaqlaşdırır.

“Forbes” iqtisadi jurnalı analitik hesabatında Səudiyyə Ərəbistanından sonra daha bir ərəb ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin ABŞ orbitini tərk edə biləcəyini yazıb.
“Forbes” yazıb: “Hər şey Səudiyyə Ərəbistanı ilə başladı; Co Baydenin iyul ayında Ər-Riyada səfəri zamanı onun soyuq qarşılanması ilə. Səudiyyəlilər daha sonra İranla yaxınlaşmada vasitəçi olaraq Çini seçdilər. BƏƏ növbəti yerdədir.

BƏƏ də Səudiyyə Ərəbistanı kimi bir çox cəhətdən ABŞ-dan nümunə götürdü, amma bundan sonra Əbu-Dabi BƏƏ-nin ümumi maraqları üçün çalışacaq.”

Jurnal əlavə edib: “Əgər bu, BƏƏ-nin ABŞ-la fikir ayrılığına düşməli olması və ya geosiyasi məsələlərdə öz maraqlarını Amerikanın maraqlarından ayırması manasına olsa, BƏƏ bunu edəcək.”
Bu hesabat elə bir vəziyyətdə dərc olunur ki, ABŞ prezidenti Co Bayden ötən ilin yayından bəri BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanı Vaşinqtona dəvət edib, amma indiyədək bu səfər həyata keçirilməyib. Media bunu BƏƏ ilə ABŞ hökuməti arasında münasibətlərdə problemlərin göstəricisi kimi qiymətləndirir.

Hesabatda ABŞ maliyyə nazirinin müavininin BƏƏ-ni “sanksiyaların zəif icrası” adlandırdığına görə məhkəməyə verdiyi də bildirilir. Xəbər mənbələri bildirir ki, ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton sanksiyalar tətbiq etsə belə, Əbu-Dabi öz münasibətlərində “hər hansı məhdudiyyətə məhəl qoymayacaq”.
İran və Səudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi və Pekinin Tehran-Ər-Riyad danışıqlarına ev sahibliyi etməsi ilə diplomatik münasibətlərin bərpasına dair razılaşmadan sonra Amerika nəşrləri və analitikləri Qərbi Asiya regionunda Vaşinqtonun istəklərinə zidd gedən inkişaf prosesindən narahat olduqlarını bildiriblər. Onlar Səudiyyənin xarici siyasətindəki dəyişikliyi və İrana yaxınlaşmasını ərəb ölkələrinin Amerika və qərb ölkələrindən uzaqlaşmasının ilk addımı kimi qiymətləndirirlər.


3015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP