Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2023

Londonda Beynəlxalq Qüds Günü keçirildi

Dünən (bazar günü) Beynəlxalq Qüds Günü münasibətilə Londonun mərkəzində sionist rejimin fələstinlilərə qarşı aparteid siyasətlərinə qarşı kütləvi nümayiş keçirilib.

Türkiyənin Anadolu xəbər agentliyi bu haqda bildirib: “Qüds Günü yürüşləri münasibətilə, İngiltərənin paytaxtında Böyük Britaniya Daxili İşlər Nazirliyinin binası qarşısına çoxlu sayda insan toplaşıb. Onlar Fələstin xalqı ilə həmrəylik ifadə etmək üçün "Fələstinə azadlıq", "Aparteid qadağanı" və "Fələstinlilərin qətlə yetirilməsini dayandırın" kimi şüarlar yazılmış plakatlar daşıyıblar.”

Xəbər agentliyi əlavə edib ki, sionist rejimin siyasətlərinə qarşı yürüş edən etirazçılar arasında bəzi pravoslav yəhudilər də olub. Londonun mərkəzindəki yürüş Fələstin üçün Ədalət Komitəsi tərəfindən hər il baş tutan “Qüds günü” yürüşləri çərçivəsində təşkil edilib.

İngiltərədəki etirazçılar daha sonra Daxili İşlər Nazirliyinin qarşısından Baş Nazirlik binasına qədər yürüş edərək uşaq qatili olan sionist rejimin fələstinlilərə qarşı siyasətlərinə qarşı şüarlar səsləndiriblər.
Sosial şəbəkələrdə dərc olunan görüntülərdə sionistlərə qarşı nümayişlərdə iştirak edən bir qrup pravoslav yəhudinin etiraz aksiyasında sionist rejiminin bayrağını yandırdığı görünür.

Qüds günü mərasimi eyni vaxtda Belçikanın paytaxtı Brüsseldə, İsveçin paytaxtı Stokholmda və Taylandda keçirilib. Habelə, Cənubi Afrikanın müxtəlif şəhərlərində, eləcə də Burkina Fasoda da keçirilib.
Beynəlxalq Qüds Günü dünyanın təqribən 80 ölkəsində baş tutur. Müsəlman ölkələri Ramazan ayının son cümə günü, qərb ölkələri isə bazar günü bu yürüş və mərasimlərə qatılaraq, qaniçən sionist rejimin fələstinlilərə qarşı cinayətlərini pisləyirlər.



2797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP