Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2023

Yeni Dehli: İran və Hindistan arasında hərbi əməkdaşlıq genişlənir

Hindistan Ordusunun Müdafiə Kəşfiyyat İdarəsinin baş direktoru general Dinesh Singh Rana dünən (bazar ertəsi) İran İslam Respublikasının Ordu Günü qeyd etmələri zamanı deyib: “Hindistan və İran arasında qarşılıqlı etimada əsaslanan güclü hərtərəfli tərəfdaşlıq var və gələcəkdə ikitərəfli hərbi əməkdaşlığın daha yeni sahələrə genişləndirilməsi istiqamətində iş aparılır.”

“ANI” xəbər agentliyi bu barədə məlumat yayaraq bildirib: “Hindistanın müdafiə naziri bəyan edib ki, Yeni Dehli və Tehran yaxın gələcəkdə ikitərəfli hərbi əməkdaşlığı daha yeni sahələrə genişləndirməyə çalışır.”
O vurğulayıb: “İnanıram ki, dostluğumuz gələcək illərdə daha da inkişaf edəcək və möhkəmlənəcək.”
Hindistan müdafiə rəsmisi Hindistan və İranın minlərlə illik ortaq qarşılıqlı əlaqə tarixinin olduğunu vurğulayaraq deyib: “Hindistan və İranın mədəniyyəti və dini ənənələri illər ərzində inkişaf edib və təkmilləşib. İran və Hindistan güclü qarşılıqlı etimada əsaslanan hərtərəfli tərəfdaşlığa malikdir və müdafiə sahəsində əməkdaşlıq bunun mühüm tərkib hissəsidir.”

Rana qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinin bir sıra nümayəndə heyəti peşəkar hərbi təlim kursları ilə yanaşı, Hindistan Hərbi Dəniz Qüvvələrinin müxtəlif təlim mərkəzlərini ziyarət edib. Son zamanlar iki ölkə arasında müdafiə sahəsində qarşılıqlı əlaqələr artıb. İki ölkə arasında bir sıra peşəkar hərbi kurslar keçirilir. Ona görə də iki ölkə arasında qarşılıqlı əlaqələr artır.

Digər tərəfdən, İran İslam Respublikasının Hindistandakı səfiri İrəc İlahi deyib: “Həmçinin İranın müdafiə naziri Məhəmmədrza Qərayi Aştiyani gələn həftə keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Hindistana səfər edəcək.”


2229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP