Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2023

ABŞ generalı İran PUA-larının gücünü belə tərif etdi

Biz indiyədək İran dronları ilə tam şəkildə bacara bilməmişik.

ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı general Makkenzi “Vaşinqton İnstitutu”na müsahibəsində İran pilotsuz təyyarələri və raketlərinin gücü ilə bağlı təqdirəlayiq və misilsiz açıqlamalar verib.

Makkenzi deyib: “İran sistematik olaraq PUA, qanadlı raketlər və qitələrarası ballistik raketlər yaratmaq imkanlarını inkişaf etdirib. Bu inkişaf o qədər irəliləyib ki, indiyədək, 2023-cü ilin sonuna kimi İran qonşuları ilə qarşılaşmaq üçün əhəmiyyətli imkanlar əldə edib. Əhəmiyyətli qabiliyyət dedikdə məqsədim budur ki, (İran) bir ölkəyə elə hücum etmək bacarığına qadirdir ki, həmin ölkənin müdafiə sistemləri tamamilə dağılar və onun sonrakı hücumlarının qarşısını ala bilməz.

Bu hücumlar necə həyata keçir? İranın bu hücumlar üçün müxtəlif variantları vardır. Onların hərbi bacarığı səmada birləşmiş silah müharibəsinə bərabərdir. Məsələn, ilk olaraq dronlar əməliyyata başlayır, daha sonra Patriot kimi radar sistemlərini və digər müdafiə sistemlərini dronlarla vurub sıradan çıxarırlar.
Ancaq tam səmimiyyətlə etiraf edirəm ki, Patriot sistemləri dronları vurmaq üçün optimallaşdırılmayıb. Düzdür, bunu etmək olar, amma bizim üstünlük verdiyimiz kimi yox. Kiçik dronlar əməliyyata başladıqda vəziyyət çox çətin olur. Patriot sistemlərini qorumaq üçün bizim digər radarlarımız mövcuddur; hərəkət radarları, pulemyotlar və elektron sistemlər kimi. Lakin biz İran dronlarının bizim sistemlərimizə hücumunun qarşısını almaq üçün geri qalmışıq. Müharibənin bütün tarixi hücum və müdafiə ilə bağlıdır. Hal-hazırda dronlardan faydalanmaq bir üstünlük sayılır. İran dronlarının üstünlüyü ondadır ki, biz indiyədək onunla tam şəkildə bacara bilməmişik.

Bu, İranın imkanlarının ciddi fərqidir və iranlılar bu vəziyyətdə çox yaxşı və səmərəli olduqlarını sübut ediblər. Şəxsən mən İranın pilotsuz təyyarə, qanadlı raket və ballistik raket proqramına böyük hörmətlə yanaşıram. Onlar son on ildə bu sistemləri işə salmaq üçün böyük fədakarlıqlar ediblər. Mən daha da irəli gedib öz fikrimi söyləmək istəyirəm, hansı ki, bunun Amerika dövləti və digər şəxslərin fikrinə heç bir aidiyyatı yoxdur. Mənə elə gəlir ki, bu bacarıq və qabiliyyətlər İranın əsl ləl-cəvahiratıdır və inanıram ki, bu qabiliyyətlər ölkənin nüvə proqramı qədər vacibdir. Çünki nüvə proqramı gələcəkdə nüvə silahının istehsalı üçün mümkün addımdır və onlar buna böyük sürətlə çata bilirlər. Amma bu gün İran istəsə, qonşularına ciddi ziyan vurmaq imkanına malikdir.






2525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP