Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2023

ABŞ rəsmiləri: İranın Fəttah raketi ilə mübarizə... - Video

ABŞ rəsmiləri: İranın Fəttah raketi ilə mübarizə apara bilən müdafiə sistemimiz yoxdur

Amerika rəsmiləri və ekspertləri etiraf ediblər ki, ölkə ordusunda hipersəs raketləri ilə mübarizə aparmaq üçün müdafiə sistemləri yoxdur.
İranın ilk hipersəs raketini təqdim etməsindən sonra bəzi ölkələrin rəsmiləri və ekspertləri buna reaksiya verib.
“Fəttah” hipersəs raketinin nümayişindən sonra Amerikanın “United Press” xəbər agentliyi Vaşinqtonun bu raketlərə qarşı acizliyindən narahat olması ilə bağlı xəbər dərc edib. Bu hesabata görə, ABŞ müdafiə rəsmiləri hipersəs silahlarının mövcud yer və kosmos sistemləri tərəfindən aşkarlana və izlənilə bilməyəcəyi barədə xəbərdarlıq ediblər.
ABŞ Müdafiə Nazirliyinin mühəndis tədqiqatları və müdafiə üzrə keçmiş müşaviri Maykl Qriffin bu yaxınlarda Konqresdə keçirilən dinləmələrdə deyib ki, Birləşmiş Ştatlarda hipersəs raket daşıyıcılarını oxşar şəkildə risk altına sala biləcək sistemlər yoxdur.
O, amerikalı qanunvericilərə müraciət edərək deyib: “Bizim bu raket sistemlərinə qarşı müdafiəmiz yoxdur.”



“Əl-Ərəbiyyə” xəbər telekanalı da çərşənbə axşamı Amerika rəsmilərinin şərhlərini dərc edib. Milli Kəşfiyyat Direktorunun Ofisinin məlumatına görə, İran regionda ən çox ballistik raketlərə sahibdir.
Silahlara Nəzarət Assosiasiyası Vaşinqtonda elan edib ki, İranın qısa və orta mənzilli ballistik raketləri arasında 300 km mənzilli Şahab-1, Zülfiqar 700 km, Şahab-3 800 ilə 1000 km, “Emad-1” raketi 2000 km-ə qədər, “Siccil” isə 2500 km-ə qədər uçuş məsafəsinə malikdir.
“Fəttah” hipersəs raketi dünyanın ən qabaqcıl nəsil raketlərindən hesab edilməlidir ki, onunla mübarizə üçün heç bir müdafiə sistemi yaradılmayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin sözlərinə görə, “Fəttah” hipersəs raketinin nümayişi ilə İran İslam Respublikası bu texnologiyaya malik dörd ölkədən biri olub.
Çərşənbə axşamı təqdim edilmiş bu raket atışdan sonra trayektoriyası dəyişdirilə bilən və radardan yayınan raketdir. Yüksək sürətlə manevr etmək və yolunun gözlənilməzliyi Fəttah raketinin digər xüsusiyyətləridir. Mövcud raket sistemlərindən keçmək “Fəttah”ın başqa bir qabiliyyətidir.
Diqqət çəkən başqa bir məqam isə odur ki, bu günə qədər bu təkmil super raketlə mübarizə aparmaq üçün effektiv müdafiə sistemi icad edilməmişdir.


1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP