Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2023

Sionist rejim qorxu içində: İran hücum etsə, sağ qalmayacağıq

Sionist rejimin daxili təhlükəsizlik şurasının keçmiş rəhbəri Giora Eyland “Jewish News” qəzetinə müsahibəsində deyib: “Daha böyük səhnədə İran və Hizbullah məsələsi fərqli bir hekayədən bəhs edir. İranın gəldiyi nəticə budur ki, bəlkə də yaxın bir neçə il ərzində İsraili məhv etməyin vaxtı çatıb.”
Keçmiş sionist rəsmi son illərdə Qərbi Asiya regionunda İranın son hədəfini sürətləndirən üç inkişafa işarə edərək deyib ki, birincisi, İran Səudiyyə Ərəbistanı ilə münasibətlərinin canlanması və Rusiya ilə əməkdaşlığı nəticəsində özünü beynəlxalq sistemdə daha rahat hiss edir.
İndi İranın daha dəqiq silahları var. “Ötən 40 il ərzində İsrail bu üstünlüyə malik idi, lakin bugün İranda dəqiq qanadlı raketlər, intiharçı pilotsuz uçan aparatlar və GPS sensorlu ballistik raketlər var ki, bu da daha dəqiqdir” deyə, Giora Eyland bildirib.
Üçüncü inkişafın sionist rejim daxilindəki böhran olduğunu vurğulayan keçmiş rəsmi deyib: “Onlar İsrailin hər gün zəiflədiyini, zəifdən də zəif olduğunu görürlər. İndi bu təfsir düzgün olmaya bilər, amma onlar bunu belə görürlər.”
Eiland inanır ki, İran və Hizbullah sionist rejimin son tənəzzülü prosesini sürətləndirməyə çalışır.
O deyib: “Bu inkişaflara əsaslanaraq, inanırlar ki, əgər İran, Livanda Hizbullah, Qəzzada HƏMAS, Suriya, İraq və Yəməndə şiə silahlı birləşmələri, eləcə də İordan çayının qərb sahilində Fələstin qiyamının eyni vaxtda İsrailə qarşı hücumunu təşkil edə bilsələr, bu, İsrailin sağ çıxa bilməyəcəyi bir hadisə olacaq.”
Sionist rejimin keçmiş rəsmisi bəyan edib ki, İran və onun vasitəçiləri bu məqsədi yerinə yetirmək üçün hərbi münaqişə yaratmağa ehtiyac duymurlar.
O, Hizbullahın terrorçu təşkilat olmadığını da vurğulayaraq deyib: “Hizbullah terror təşkilatı deyil. Onu terrorçu adlandırmaq doğru deyil. Hizbullah Livan cəmiyyətində dərin köklərə malik siyasi, dini və xalq hərəkatıdır. Nəsrullah İsraili çox yaxşı tanıdığına inanır. Münaqişənin həcminə nəzarət etməklə yanaşı, İsrailin cavabını proqnozlaşdıra bilir, İsraili utandıran və şimal bölgəsində qorxu yaradan kiçik gərginliklər yarada biləcəyini görür.”


1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP