Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2023

Sionist rejim çalxalanır - Aksiyalar getdikcə alovlanır

Sionist rejimdə aksiyalar səngimək bilmir və artıq 31-ci həftəni arxada qoydu.
Sionist mediaları işğal olunmuş ərazilərdə yaşayan on minlərlə sakininin şənbə günü ardıcıl 31-ci həftədir ki, bu qaniçən rejimin baş naziri Binyamin Netanyahunun məhkəmə sistemində dəyişiklik planına qarşı kütləvi nümayişlər keçirdiyini bildirib.
Bu gecəki nümayişin plakatlarından birində üzərində “100% yalan” (Netanyahu nəzərdə tutulur) yazılmış böyük plakat olub.
Netanyahunun ali məhkəmənin hökumət qərarlarına nəzarət etmək səlahiyyətlərini azaldacaq məhkəmə dəyişikliklərinə qarşı nümayişlər 31 həftədir ki, davam edir.
Sionist rejimdə məhkəmə dəyişikliklərinin əleyhdarları deyirlər ki, Netanyahunun “məhkəmə islahatları”nın təsdiqlənməsi “məhkəmə çevrilişi” və bir neçə işdə ittiham olunan Netanyahuya dəstək verməkdir.
Sionist icmasının məhkəmə dəyişikliklərinə etirazları bu rejimin ordusu və ehtiyatda olan zabitlərinə də çatıb. İndiyədək sionist ordusunun minlərlə əsgəri orduda xidmətini dayandırıb. Bundan əlavə, son günlərdə sionist rejimin hərbi kəşfiyyat şöbəsinin 60-dan çox zabiti Netanyahu hökumətinin məhkəmə islahatı planına etiraz olaraq xidmətə davam etmək istəmədiklərini bəyan ediblər.


1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP