Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2023

Rusiyadakı nasist düşərgəsində yüzlərlə cəsəd tapıldı

Leninqrad vilayətinin Volosovski rayonunda keçmiş faşist “Dulaq-102” konsentrasiya düşərgəsinin yerində yüzlərlə cəsədin qalıqları aşkar edilib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, ərazidə iki minə qədər edam edilmiş məhbusun cəsədi ola bilər.

Qeyd olunur ki, cəsədlərin qalıqları ilə bərabər şəxsi əşyaların və geyimlərin fraqmentləri də aşkar edilərək götürülüb.

Məsələ ilə bağlı araşdırma aparılır. Əldə edilmiş cəsəd qalıqlarına əsasən, ölənlərin yaşını, cinsini və ölüm səbəbini müəyyən etmək üçün istintaq artıq məhkəmə-tibbi ekspertizası təyin edib.

Hazırda ərazidə axtarış tədbirləri davam etdirilir.


1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP