Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2023

Sionist general: İsraildə vəziyyət çox ağırdır, ordu komandirləri rejimə inanmır

Yüksək rütbəli sionist general və bu rejim ordusunun birləşmiş qərargah rəislərinin keçmiş rəhbəri (2015-2019-cu illər) Qadi Eyzenkot deyib ki, baş nazir Binyamin Netanyahu və müharibə naziri Yoav Qalant bu rejim ordusunun vəziyyəti haqqında yalan danışırlar.

Eyzenkot “Walla” saytına verdiyi müsahibədə bildirib: “Gallant və Netanyahu (ordunun vəziyyəti haqqında) yalançı mənzərə təqdim edirlər. Çünki bu sahədə çox mürəkkəblik var. Qarşıdakı aylarda vəziyyət belə davam edərsə, bunun zərəri orduya dəyəcək. Hazırda komandirlər arasında inam yoxdur.”

O, sionist ordusu arasında birliyin itdiyinə işarə edərək, deyib ki, bu məsələni bəzi birlik və alaylarda görmək olar. Bir çox pilotlar fəaliyyətini dayandırıb. Ordunun qabiliyyəti bir gündə yaranmır, amma indi yaranan boşluqlar çox narahat edicidir.

Sabiq general sionist rejimə qarşı artan təhlükəsizlik təhdidlərinə və bu rejimin hazırkı vəziyyətinə toxunaraq deyib: “Bu gün (İsraildə) vəziyyət mənim dövrümlə müqayisədə çox pisdir. İran isə həm də strateji baxımdan yaxşı vəziyyətdədir. Fələstin Muxtar İdarəsinin zəifliyi ilə İordan çayının qərb sahilində vəziyyət ağırdır. HƏMAS-ın isə Qəzzada gücü artıb.”


1740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP