Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2023

Sionist komandir: Ciddi zədələr almışıq, vəziyyətimiz ağırdır

Netanyahunun məhkəmə sistemini zəiflətmək planına cavab olaraq sionist rejimin minlərlə ehtiyat qüvvələrinin xidmətdən imtina etməsinin ardınca, sionist rejimin hərbi hava qüvvələrinin komandanı Tomer Bar elan edib ki, İsrail ordusunun və hava qüvvələrinin qabiliyyətinə və səmərəliliyinə dəymiş zədəni bərpa etmək mümkün deyil və bu, hər an daha da genişlənir. Hazırkı vəziyyətdə hərbi hava qüvvələri böyük zədə alıb və yaxın aylarda bunun daha da artacağı istisna edilmir.

Tomer Bar vurğulayıb: “İsrail hərbi hava qüvvələrinin aldığı zədə ordunun bütün əməliyyat qabiliyyətinə təsir edəcək, çünki bu, əslində İsrail ordusunun ən mühüm hissəsidir. Hazırkı vəziyyətdə hava qüvvələrinin birliyi və bütövlüyü ciddi şəkildə zədələnib. Xidmətdən imtina etmiş bütün qüvvələr növbəti gündən öz vəzifələrini bərpa etsələr də, vəziyyət əvvəlki vəziyyətinə qayıtmayacaq!”


1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP