Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2023

İran Avropa və Kanadaya biliyə əsaslanan avadanlıqlar ixrac edir

İranın Sənaye Avadanlıqlarının Biliyə Əsaslanan İqtisadiyyatının İnkişafı üzrə Qərargahın katibi biliyə əsaslanan qida sənayesi avadanlıqlarının istehsalı və onların Avropa və Kanadaya ixracından xəbər verib.
Məhəmmədməhdi Hadəvi jurnalistlərə açıqlamasında maşınqayırma sənayesini ölkənin ən böyük sənaye sahələrindən biri hesab edərək deyib: “Ölkənin maşınqayırma və sənaye avadanlıqları sənayesində həm biliyə əsaslanan, həm də biliyə əsaslanmayan 6000-ə yaxın şirkətin fəaliyyət lisenziyası var. Bu sənayedə 250 minə yaxın insan çalışır.

Mövcud statistik məlumatlara görə, biz bu sənayedə hər il təxminən 3 milyard dollarlıq məhsul istehsal edirik. Digər tərəfdən, rəsmi idxalımız 5-8 milyard dollar civarındadır. Ardınca getdiyimiz mühüm məsələlərdən biri də bu sahəyə bilik yeritməklə ölkənin ehtiyac duyduğu avadanlıqları yerli istehsalla təmin edə bilməkdir.”
Çini bu sahədə İranın rəqibi adlandıran M. Hadəvi qeyd edib ki, məhsulların keyfiyyətinin yüksəldilməsi, çatdırılma müddətinin və ümumi dəyərin azaldılması, satışdan sonrakı öhdəliklərin düzgün yerinə yetirilməsi rəqabət qabiliyyətini artırmaq və məhsul bazarını inkişaf etdirmək üçün nəzərdə tutulan məsələlərdəndir. Bəzi hallarda, məsələn, qida sənayesi avadanlıqları, İran məhsulları daha keyfiyyətli olur. Bu avadanlıq hətta Avropa və Kanadaya da ixrac olunur, ancaq bəzi avadanlıqlarda çatdırılma müddətinin az olması səbəbindən Çin ciddi rəqibimizdir.

İranın Sənaye Avadanlıqlarının Biliyə Əsaslanan İqtisadiyyatının İnkişafı üzrə Qərargahın katibi vurğulayıb: “Statistikamız göstərir ki, bizdə hər il 250 milyon dollara yaxın müxtəlif komponent və komplektlərin rəsmi ixracı var. Qarşıdakı 5 ildə bu məbləği 1 milyard dollara çatdırmağı hədəflədik.”


2237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP