Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2023

Amerikalı baş keşişin xristianlara tövsiyəsi: - Video

Əgər indiyə kimi Kərbəlaya getməmisinizsə, elə indi səfərə hazırlaşın

İmam Hüseynin (ə) hərəminə getdiyim zaman,
orada dayandığım vaxt, həqiqətən Allahın hüzurunu hiss etdim.
Heç vaxt yadımdan çıxmır, həyat yoldaşımla birlikdə hərəmin həyətində dayanmışdıq.
Minlərlə zəvvarın dayandığını, sıraya düzüldüyünü, ağladığını, göz yaşı axıtdığını gördüm. Onlar hərəmə girmək, müqəddəs zərihə əl vurmaq üçün səy edirdilər.
Mən nə qədər ki, hərəmə daxil olmamışdım, onların hissini dərk edə bilmirdim. Ora daxil olanda ilahi bir qüvvənin mənə nazil olduğunu hiss etdim.
Ətrafıma baxdım, ətrafımda insanların ağladığını, şivən etdiyini gördüm.
Zərihə yaxınlaşanda mənə dedilər: Müsəlman deyilsənsə, zərih olan yerə gedə bilməzsən.
Mən də astanada qapının arxasında dayandım.
Əlimi qapının üzərinə qoydum.
Düşündüm ki, içəri daxil ola bilmirəmsə, ən azından qapısına toxunum,
beləliklə, Allahın bu müqəddəs və saleh insanı ilə bir yerdə olmaq hissinin necə olduğunu dərk edim.
Ona görə də, əlimi dayadım
Əlimi qapının çərçivəsinə dayadım
Elə əlimi astananın qapısına dayamışdım ki, nəyinsə bədənimə daxil olduğunu hiss etdim.
İlahi bir qüvvənin mənə nazil olduğunu hiss etdim.
Orada dayandığım halda göz yaşım yanağıma süzülməyə başladı.
İmam Hüseynlə xüsusi bir rabitə yarandığını hiss etdim.
Amma həyat yoldaşım qadınlar olan hissədə müsəlman olmayanların zərih olan yerə daxil olmasına icazə verilmədiyini bilməmişdi.
Biz hərəmin ətrafında onu axtarmağa başladıq.
Mən tam təəccüblə onun zərih olan yerə daxil olduğunu bildim.
O da başqaları kimi içəri daxil olaraq ağlayıb və şivən edib.
Hərəmdən eşiyə çıxdıqdan sonra ona dedim: Bilmirsənmi, içəri daxil olmamalı idin və yalnız müsəlmanlar içəri daxil ola bilər?
O dedi: Mən özümdən ixtiyarsız ora çəkildim və cəzb oldum.
Sanki daxil olmalı və orada Allahın hüzurunu hiss etməli idim.
Siz bacı-qardaşlarıma deyə biləcəyim təkcə budur ki,
əgər indiyə kimi İraq ölkəsində yerləşən Kərbəlaya getməmisinizsə, elə indi səfər üçün hazırlaşın...
Çünki mən Kərbəlada olarkən heç bir qorxu hissi keçirmədim.
Ora getməzdən əvvəl bir az qorxum var idi ki, görəsən İraqda məni nə gözləyir?
Çünki hamımızın İraq haqda eşitdiyi söz yalnız Səddam Hüseyn idi.
Mənim kilsəmin üzvlərinin İraq barəsində eşitdikləri təkcə bu idi ki, ora bölgədə bütün zorakılıq və dəhşətli hadisələrin mənbəyidir.
Yaxud oradakı terrorçular və adamlar barədə eşidiblər, Əlqaidə və sair kimi işlər haqqında.
Amma mən orada, Kərbəlada olduğum vaxt, qətiyyən qorxu hissi keçirmədim.
Hiss etdiyim yalnız qardaşlıq hissi idi.
Dərk etdiklərimin hamısı Allaha yaxın olmaq hissi idi.
Bütün hiss etdiklərim Kərbəlada oranın müsəlman xalqının geniş və səmimi ağuşu idi.
Onlar mənimlə və həyat yoldaşımla elə rəftar etdilər ki, biz ucalıq hiss etdik.
Onlar son dərəcə hörmətlə və qucaq açaraq bizimlə rəftar etdilər.
Ona görə də, mən bu gün sizin üçün vacib bilirəm –istər Youtube vasitəsilə tamaşa edənlər
istərsə də, Nyu-Cersi əyalətinin Samirist şəhərində bu otaqda iştirak edən siz.
Elə indi hazırlaşın, gedin Kərbəlaya!
Orada ziyarətinizi yerinə yetirin!
Beləcə siz eynilə mənim hiss etdiklərimi hiss edə biləcəksiniz.
Və eynilə mənim yaşadıqlarımı yaşayacaqsınız.




1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP