Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2023

Türkiyədə parkda 4 nəfər güllələndi

Türkiyənin Adana şəhərində silahlı insident olub.

Türkiyə KİV-i xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.


3419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP