Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Avqust 2023

Yediot Aharonot: Sionist əsgərlər müharibə qorxusundan özlərini əlilliyə vururlar

“Yediot Aharonot” qəzeti çərşənbə axşamı son aylarda sionist hərbçilərin əlillik xidmətləri üçün müraciətlərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Buna əsasən, sionist əsgərlər müharibə və ya hərbi təlimlərdə əlil olduqları və orduda qalmağa davam edə bilməyəcəkləri ilə bağlı çoxlu müraciətlər ediblər.

Qəzetin yazdığına görə, bir il əvvəl sionist əsgərlərdən biri əlillik işinin qəbul edilməməsinə etiraz olaraq özünü yandırmasından sonra əsgərlər arasında əlillik xidmətlərinə tələbat xeyli artıb.
“Yediot Aharonot” qeyd edib ki, ötən illərdə əlillik iddiası ilə müraciət edən əsgərlərin sayı ildə 20-25 nəfərə çatırdısa, indiki vəziyyətdə bu müraciət hər ayda 30-a çatıb. Əslində, bu statistikaya əsaslansaq, müraciət edənlərin sayı 12 dəfədən çox artıb.

Həmçinin bu ilin (2023) əvvəlindən 2500 sionist əsgərin əlillik halları qəbul edilib və bu rəqəm də 5 dəfə artıb.


3501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP