Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2023

Əmir Abdullahiyandan ABŞ hərbçilərinə: Evinizə qayıdın

Suriyaya səfər etmiş İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan suriyalı həmkarı Feysəl Miqdadla görüşdən sonra birgə mətbuat konfransında Amerika qüvvələrinin Suriya ilə İraq arasındakı sərhədi bağlamaq məqsədilə hərəkətlənməsi haqda sualı cavablandırarkən deyib: “Bu gün İraqın Suriya və qonşu dövlətlərlə sərhədləri dostluq sərhədləridir. Amerika region xalqlarına qarşı əzab-əziyyətini dayandırmalıdır.”
Əmir Abdullahiyan amerikalı əsgərlərə tövsiyə edərək deyib: “Amerikalı əsgərlərə evlərinə qayıtmağı tövsiyə edirik. Amerika səlahiyyətlilərinə bölgəni bölgə xalqının ixtiyarına buraxmağı tövsiyə edirik. Heç bir tərəf bölgənin tarixi nəqliyyat yollarını bağlaya bilməz. Bu hərəkətlərin qərblilərin və amerikalıların insan haqları iddiası ilə də heç bir uyğunluğu yoxdur.”


3447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP