Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2023

Türkiyə İraqda kəndi bombaladı

İraqın şimalındakı xəbər mənbələri şənbə günü bildiriblər ki, Türkiyə ordusuna məxsus bir neçə pilotsuz təyyarə Süleymaniyyə vilayətinin Mavat bölgəsindəki kəndi bombalayıb.

“Kürdistan 24” xəbər saytının məlumatına görə, Mavat bölgəsinin qubernatoru Mavat Kamran hücumun səhər saat 9:10-da Basav kəndindəki daş körpünün yaxınlığında baş verdiyini bildirib.

O, kəndə hücumun yanğına səbəb olduğunu, lakin insan itkisinin olmadığını da qeyd edib.

M. Kamranın sözlərinə görə, xilasedicilər yanğını söndürür. Mavat bölgəsindəki bu kənd və ətraf kəndlər əvvəllər də belə hücumlara məruz qalıb.

Türkiyə isə Kürdüstan Fəhlə Partiyasının bu kənddən üzv topladığını bildirir.


999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP