Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2023

İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi

Sentyabrın 8-də xristian icmalarının nümayəndələri qırmızı rəngli paltarlar geyinərək Höteborqdakı məscidin yanında toplaşıblar.

Nümayiş müsəlmanlara dəstək əlaməti olaraq keçirilib.

Aksiya iştirakçıları “Nifrəti söndür” plakatı ilə cümə namazı vaxtı məscidə gəliblər.

“Qırmızı – məhəbbət rəngidir. İsveç müsəlmanları artan güvənsizlik hiss edirlər və biz ümid edirik ki, bu gün buraya gələnlər namaz qılıb onların dostlarının olduğunu görəcəklər”, - deyə pastor Marika Palmdal vurğulayıb.

Məscidin imamı Fərəc Semmo minnətdarlığını bildirərək, nümayiş iştirakçılarına gül təqdim edib.

Müsəlmanlara dəstək aksiyaları gələn həftə Höteborqun digər yerlərində də planlaşdırılır.


985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP