Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2023

Çindən ABŞ-a: Bizi dayandıra bilməzsiniz!

Tayvan məsələsi ABŞ və Çin arasındakı münasibətlərdə keçilə bilməyən qırmızı xətt olaraq qalır.

Bunu Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Maltada keçirilən danışıqlarda deyib.

"Tayvan məsələsi Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətdir. Birləşmiş Ştatlar üç birgə Çin-Amerika kommünikesinə riayət etməli və Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir”, - deyə Vanq Yi bildirib.

Onun sözlərinə görə, Çinin inkişafı qaçılmaz tarixi məntiqə uyğundur:

“Bu səbəbdən onu dayandırmaq olmaz və Çin xalqı qanuni inkişaf hüququndan məhrum edilə bilməz”.


3328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP