Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Sentyabr 2023

Sionistlər müsəlman yeniyetməni qətlə yetirdilər - Foto

İşğalçı sionist qüvvələr son bir həftədə üçüncü dəfə olaraq, cümə günü səhər saaatlarında müsəlman gəncləri həbs etmək üçün Cenin düşərgəsi yaxınlığındakı Kəfərdan kəndinə daxil olub. Münaqişə zamanı Abdullah İmad Əbülhəsən adlı müsəlman yeniyetmə şəhid olub.

“Arab48” xəbər saytının məlumatına görə, qarın nahiyəsindən güllələnən və ağır qanaxma nəticəsində xəstəxanada şəhid olan Abdullah Abülhəsən Cenin vilayətinin İlyamun kəndindəndir.

Sioinstlərin bu vəhşi hücumu zamanı daha iki müsəlman çiynindən və ayağından yaralanıb.
Qarşıdurma üç müsəlman gəncin həbsi və işğalçı qüvvələrin Kəfərdan kəndindən çıxarılması ilə başa çatıb.
Cenin şəhəri və düşərgəsi, eləcə də onun ətrafındakı kəndlər iki ildir ki, İordan Vadisində silahlı müqavimətin mərkəzi kimi tanınır. Bu müddət ərzində işğalçılar bu ərazilərin sakinlərinə qarşı dəfələrlə ağır hücumlar həyata keçiriblər.

Sionist hərbçilərin çərşənbə axşamı Cenin düşərgəsinə son basqınında düşərgənin dörd müsəlman gənci şəhid olub. Eyni zamanda bir çox avtomobillər əzilib və sakinlərin yaşayış evləri də dağılıb.




2716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP