Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2023

Ayətullah Sistaninin Fələstində baş verənlərlə bağlı Bəyanatı

Dünya ölkələri işğalçıların vəhşiliyinin qarşısını almalıdır

Şiə aləminin ali təqlid mərcələrindən olan həzrət Ayətullah Sistani işğalçı sionist rejim qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini davamlı olaraq bombalaması ilə bağlı bəyanat yayıb.

Ayətullah Sistaninin bəyanatında deyilir:
Bu günlərdə Qəzza zolağı davamlı bombardman, şiddətli və misli görünməmiş hücumlar altındadır və indiyədək altı mindən çox günahsız dinc sakinin şəhid olmasına və yaralanmasına səbəb olub. Bundan əlavə, çoxlu sayda insanın məcburi köçkünə çevrilməsinə və yaşayış mənzillərinin geniş şəkildə dağılmasına səbəb olmuşdur. Bu bombalama müxtəlif bölgələri hədəf alıb, belə ki, insanların sığınması üçün təhlükəsiz yer qalmayıb.
Eyni zamanda işğalçı ordu Qəzza zolağında boğucu mühasirə tətbiq edib, son günlərdə hətta su, yemək, dərman və digər həyati ehtiyaclar da bu mühasirəyə daxil edilmişdir və günahsız insanlara çoxlu ziyan və problemlərə səbəb olmuşdur. Sanki bu hərəkətləri ilə onlardan qisas almaq, son qarşıdurmalarda verdiyi ağır itkilərin və böyük məğlubiyyətin əvəzini çıxmaq istəyir.
Bütün bu hərəkətlər bütün dünyanın gözü qarşısında baş verir, bu hücumlara qarşı heç bir maneə və çəkindirici qüvvə yoxdur, əksinə bəziləri bu cinayət əməllərə dəstək verir, özünü müdafiə bəhanəsi ilə ona haqq qazandırırlar.
Bu arada bütün dünya bu ifrat vəhşiliyə qarşı durmalıdır, işğalçı qüvvələrin zülmə məruz qalmış məzlum Fələstin xalqını daha da sıxışdırmaq və əzab vermək planlarının həyata keçirilməsinin qarşısını amalıdır.
Bu əziz insanların 70 ildir davam edən faciəsinə öz qanuni hüquqlarını reallaşdırmaqla və qəsb olunmuş torpaqlardan işğaldan azad etməklə son qoymaq, bu regionda sülh və əmin-amanlığın bərqərar olmasının yeganə yoludur. Bu məsələ reallaşmasa, təcavüzkarlara qarşı müqavimət davam edəcək, zorakılıq silsiləsi daha çox günahsız insanı öldürəcək.

Uca Allahdan başqa heç bir güc və qüvvə yoxdur
25 rəbiül-əvvəl 1445 hicri qəməri

10 oktyabr 2023 miladi
Ayətullah Sistaninin ofisi - Nəcəf əl-Əşrəf


1782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP