Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2023

İƏT Qəzzada baş verənlərlə bağlı təcili toplantı keçirir

İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq bildirib: “Bu təşkilatın Qəzza zolağında baş verənləri nəzərdən keçirmək üçün növbədənkənar iclası oktyabrın 18-də keçiriləcək.”
“Sputnik”-in verdiyi xəbərə görə, bu iclas Səudiyyə Ərəbistanının tələbi ilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.
İclasın İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qərargahında keçirilməsi nəzərdə tutulur.
“Əl-Əxbariyyə” telekanalının bildirdiyinə görə, bundan əvvəl Səudiyyə Ərəbistanı işğalçı sionistlərin yaratdığı gərginlikdən sonra Qəzza zolağında yaranmış son böhranın araşdırılması üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini istəmişdi.


1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP