Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2023

HƏMAS: Müqavimət yaxşı vəziyyətdədir, qalib gələcəyik

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (HƏMAS) yaydığı bəyanatda bildirib ki, işğalçı sionist rejim öz zəif ordusunun itirilmiş əhval-ruhiyyəsini gücləndirmək və sionist rejimin itirilmiş mövqeyini bərpa etmək üçün Qəzzada fələstinlilərə qarşı hərbi cinayətlər və soyqırım törədir.
Bəyanatda əlavə olunur: “Sionist rejim Əl-Əqsa Tufanı əməliyyatının ilk saatlarında düçar olduğu məğlubiyyəti heç vaxt unutmayacaq və törətdikləri cinayətlər onların çaşqınlıqlarının, çarəsizliklərinin sübutudur.”

Bəyanatda daha sonra bildirilir: “Müqavimət yaxşı vəziyyətdədir, xalqımız öz torpağını tərk etməyəcək, nəyin bahasına olursa olsun, onlar işğalçıların təkəbbürü qarşısında heç vaxt təslim olmayacaq.”
HƏMAS qeyd edib ki, İordan çayının qərb sahilindəki həbslər və repressiya dalğası millətimizi müqaviməti dəstəkləməyə, torpaqlarımızı və müqəddəs məkanlarımızı müdafiə etməyə mane olmur.

Bəyanatda vurğulanır: “İordan çayının qərb sahilində onlarla Fələstin əhalisi və HƏMAS komandirinin həbsi xalqımızın müqavimət və həmrəyliyi dəstəkləməsinə mane olmur. İordan çayının qərb sahili müqavimət silahını əlinə alacaq, onu gücləndirməklə və cavanların vasitəsilə müqavimətin işğalçılara qarşı mübarizəsinə kömək edəcək.”

Qeyd edək ki, terrorçu sionist rejim ordusu artıq on üçüncü gündür ki, Qəzzada yaşayış məntəqələrini bombalamağa davam edir. Sionist ordunun Qəzzada dinc əhaliyə qarşı vəhşicəsinə hücumları nəticəsində 3500-ə yaxın fələstinli şəhid olub, 12 mindən çox insan isə yaralanıb. Fələstin Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, şəhid və yaralıların əksəriyyəti günahsız fələstinli qadın və uşaqlardır. Terrorçu sionist rejim ordusunun Qəzzada xəstəxananı bombalaması nəticəsində 2000-ə yaxın uşaq, qadın və mülki şəxslər şəhid oldu. Bundan əlavə BMT və beynəlxalq təşkilatlara məxsus məktəb, xəstəxana və sığınacaqların hamısı terrorçu rejimin raket və bombalarının hədəfindədir. Təkcə son 24 saat ərzində yüzlərlə fələstinli şəhid olub.


2297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP