Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2023

Hikmət Hacıyev: Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil

Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmisi bu gün bildirib ki, Bakı artıq Ermənistan ərazisindən Naxçıvan bölgəsinə quru keçidinin yaradılmasında maraqlı deyil və bu, İran ərazisindən yaradıla bilər.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Ermənistan və Azərbaycan ilə həmsərhəd olan İran ərazisindən belə bir keçidin yaradılması Ermənistanın cənubu ətrafında gərginliyin azaldılmasına kömək edə bilər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu bölgəni keçmişdə ölkəsinin tarixi ərazisi adlandırırdı.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə baş köməkçisi Hikmət Hacıyev deyib: “Azərbaycanın Zəngəzuru tutmaq fikri olmayıb.”

O, əlavə edib: “Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər.”


1999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP