Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2023

UNICEF: Qəzzada 2360 uşaq şəhid olub, 5364 uşaq yaralanıb

BMT Uşaq Fondu (UNICEF) Qəzzada uşaqların təhlükəli vəziyyəti ilə bağlı sərt xəbərdarlıq edib və şəhid uşaqların sayının 2360-dan çox olduğunu açıqlayıb.

İRNA-nın “Əl-Nəşrə”yə istinadən verdiyi məlumata görə, UNICEF bəyanat yayaraq dərhal atəşkəsə, humanitar yardımın davamlı və maneəsiz şəkildə Qəzzaya çatdırılmasına çağırıb.

UNİCEF-in bəyanatında qeyd olunur ki, müharibə başlayan gündən davamlı hücumlar nəticəsində 2360-dan çox uşaq şəhid olub, 5364 uşaq yaralanıb. Bu o deməkdir ki, hər gün orta hesabla 400-dən çox uşaq şəhid olur və ya yaralanır.

Bəyanatda vurğulanır: “Qəzzada uşaqlar su, qida və dərman çatışmazlığı ilə üzləşib, ağrılı hadisələrə, geniş hücumlara, köçkünlüyə, şok edici və dərin ağrılı hadisələrə məruz qalırlar.”


1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP