Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2023

Qazimiz icra başçısının qəbulundan çıxıb, intihara cəhd etdi - Vəziyyəti ağırdır

İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.

Keçən gün saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakıya gətirilib.

Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev keçən gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi müalicə üçün pulunun olmaması deyilir.


1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP