Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2023

BMT qurumları: İsrail Qəzzada hərbi cinayət törədir

BMT-yə bağlı təşkilatlar bu gün elan ediblər: Qəzza zolağında təhlükəsiz zona yoxdur.
“Əl-Cəzirə”-nin verdiyi məlumata görə, bu qurumlar vurğulayıb: “Qəzza əhalisinin ağrı və iztirablarına son qoyulmalıdır. Bu ərazidə yerləşən mülki əhali İsrailin hücumlarından çox əziyyət çəkiblər.
Qəzzada 2 milyon insanın kütləvi cəzalandırılmasının və humanitar fəlakətin şahidi oluruq və bu, müharibə cinayətidir.”
BMT-yə bağlı təşkilatlar bildirib: “Qəzzada gərginliyin artmasının dayandırılması üçün bütün səylər dərhal edilməlidir.”
Digər tərəfdən, UNRWA agentliyinin direktoru Filip Lazzarini bildirib ki, Qəzzada yanacaq olmadan missiyamızı davam etdirə bilmirik. Biz davamlı olaraq humanitar yardım almalıyıq. Qəzzada mövcud vəziyyətə göz yuma bilmərik.
“Əl-Mayadin” müxbiri də qeyd edib ki, sionist rejimin hava hücumları zamanı Qəzzada binaların yarısı tamamilə dağılıb.


1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP