Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2023

Ramallah: HƏMAS Fələstin siyasi sferasının bir hissəsidir

Fələstin Muxtar Hökumətinin Baş naziri Məhəmməd Aştiyyə dünən axşam (29 oktyabr) işğalçı sionist rejim ordusunun bu ölkə xalqına qarşı cinayətlərinin artması ilə eyni zamanda vurğulayıb ki, Qəzzə zolağında atəşkəsi dayandırmaq, yardım göndərmək və rabitəni bərpa etmək hökumətin ilk hədəfidir.

“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Aştiyə bildirib: “HƏMAS Fələstin siyasi sferasının bir hissəsidir.”
Qəzza zolağının 30 ildən artıqdır ki, Fələstin hökumətinin məsuliyyəti altında olduğuna diqqət çəkən Baş nazir, bu bölgəyə BMT-nin nəzarəti barədə söhbəti təkzib edərək “Qəzza zolağı və ya İordan çayının qərb sahili üçün qismən həll yoxdur”- deyə vurğulayıb.

O, müsahibəsinin davamında deyib: “Ramallah təcili humanitar atəşkəsə və Qəzza zolağına yardım göndərilməsinə çağırır. Hökumətimiz HƏMAS və İsrail arasında əsirlərin azad edilməsi və dəyişdirilməsi ilə məşğuldur.”

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə video çıxışında bildirib ki, bütün əsirlər yalnız sionist rejimin bütün fələstinli əsirləri azad edəcəyi təqdirdə azad ediləcək.


1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP