Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2023

İraq Amerikaya qarşı - Ölkəmizdən çıx

İraqın “Əl-Fəth” Parlament koalisiyasının sədri Hadi əl-Amiri vurğulayıb: “İŞİD-ə qarşı koalisiya adlandırılan qüvvələrin İraqdan çıxarılmasının vaxtı çatıb.”

Əl-Amiri deyib: “Nə qədər ki, koalisiya qüvvələri İraqdadır, heç kim İraq ordusundan və digər təhlükəsizlik qurumlarından hərbi qabiliyyət əldə edəcəklərini gözləməməlidir.”

“Əl-Əhd” telekanalının bildirdiyinə görə, o, İraq hökumətinə müraciət edərək vurğulayıb ki, hökumət koalisiya qüvvələrinin İraqdan çıxarılması məqsədilə ciddi, dəqiq və qısamüddətli qrafikin yaradılması üçün heç bir gecikmə olmadan bütün lazımi tədbirləri görməlidir.

İraq rəsmisi qeyd edib ki, Amerika sionistlərə verdiyi qeyri-məhdud dəstəyinə görə Fələstin xalqına qarşı müharibənin əsas cavabdehidir. Əgər Amerika məzlum Fələstin xalqına qarşı sionist rejimi dəstəkləməklə müharibəyə başlamaq qərarına gəlsə, ağır məğlubiyyətə düçar olacaq.

Əl-Fəth koalisiyasının rəhbəri deyib: “Sionistlərə qarşı müharibədə əlimizdə olan hər şeylə və bütün gücümüzlə Fələstin xalqını dəstəkləyəcəyik. Fələstin müqavimətinin həyata keçirdikləri sionist rejim və onun baş naziri Netanyahunun vəhşiliyinə normal cavabdır.”


1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP