Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2023

Sionistlərin Qəzza zolağında quru macərası ilə bağlı İslami Cihadın bəyanatı

Fələstinin İslami Cihad hərəkatı bir bəyanatda bildirib ki, Qəzza zolağına sionist rejimin quru təcavüzü heç bir nəticə verməyib və işğalçılar açıq əraziləri hədəf alıblar.

İRNA-nın Şəhab xəbər agentliyinə istinadlı məlumatına görə, İslami Cihad hərəkatının bu barədə bəyanatında deyilir: Sionistlərin Qəzzaya qurudan təcavüzü bir neçə gün əvvəl başlayıb və düşmən açıq ərazilərə hücumdan başqa heç bir nailiyyət əldə edə bilməyib.

İslami Cihad elan edib: Düşmən Qəzzada açıq ərazilərə hava dəstəyi ilə soxuldu və bu hərəkət mülki şəxslərə qarşı cinayətlərə səbəb oldu.

Bu hərəkat daha sonra vurğulayıb: Bu sahədə müqavimət möhkəmdir və mübarizəsini davam etdirir və düşmənin plan və hədəflərini zərərsizləşdirə bilər.

İslami Cihad Hərəkatı əlavə edib: Düşmən bu sızma zamanı müqavimətdən zərbələr aldı.


1773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP