Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2023

Bakıda ana və qızı döyüldü, biri öldü

Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.

Hadisə oktyabrın 30-da baş verib.

Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə Mayis qızı Vəliyevanın sifət nahiyəsinə yumruqla xəsarətlər yetirib.

Həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.


1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP