Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2023

Ərdoğan Rəisinin təklifi ilə razılaşdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər və Türkiyəyə regional səfərinin sonunda bildirib: “Qətər və Türkiyədə bizim missiyamız doktor Rəisinin müxtəlif İslam və ərəb ölkələrinin rəsmiləri və liderləri ilə məsləhətləşmələr aparmaq, İslam ölkələri başçılarının fövqəladə toplantısının dərhal keçirilməsi ideyasını izləmək idi. Bu səfərdə qeyd olunan təkliflə bağlı işlər çox miqdarda irəlilədi. Ümid edirik ki, bu görüşü yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən Səudiyyə Ərəbistanında keçirə biləcəyik.”
Türkiyə səfərinə toxunan xarici işlər naziri deyib: “Bu gün Türkiyədə cənab Ərdoğan və cənab Hakan ilə görüşdə Fələstin və Qəzzada baş verən hadisələrin bütün aspektlərindən danışıldı. Cənab Ərdoğan doktor Rəisinin dərhal İslam ölkələrinin başçıları səviyyəsində görüş keçirmək fikri ilə razılaşdı və bu çərçivədə lazımi tədbirlərin görülməsinə çalışacağını vurğuladı.”

Əmir Abdullahiyan bunu da bildirib ki, eyni zamanda, İslam ölkələri, hətta ərəb ölkələri başçılarının görüşünün keçirilməsi ilə bağlı siyasi təşəbbüslər və həll yolları gündəmdə olduğu halda, müqavimət qüvvələri vəziyyətin tələblərinə uyğun olaraq, mövcud vəziyyət və hücumlar davam edərsə, vaxtında müvafiq qərarlar qəbul edəcək. Müqavimət hərəkatlarından əldə etdiklərimizə və müqavimət liderləri arasındakı baş tutan görüş və əlaqələrə əsasən, Qəzzada hücumlar, qırğınlar və soyqırımlar davam edərsə, müqavimət digər cəbhələrdə də müvafiq və uyğun qərarlar qəbul edəcək.


1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP