Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2023

Mossad casusu: Mən İraq şiələri arasında ixtilaf yaratmaq istəyirdim

İraq mənbələri bazar ertəsi axşam saatlarında sionist və Amerika təşkilatları Mossad və CIA casusu Elizabet Tsurkovun etiraflarını yayıblar.

Sionist rejimin İraqdakı bu casusunun yoxa çıxmasından sonra bu etiraflar ilk dəfə dərc olunub. Sionist mənbələr daha əvvəl Tsurkovun İraqa turist kimi səfər edən “İsrail-Rusiya tədqiqatçısı” olduğunu iddia etmişdilər.

İsrail casusunun bazar ertəsi yayımlanan görüntülərində o, deyir: “Mən İsrail vətəndaşıyam. 37 yaşım var. İsraili tərk edib Amerikaya getdim. Mən Mossad və CIA üçün işləyirdim. Suriyanın şimal-şərqində İsrail ilə Suriya Demokratik Qüvvələri arasında əlaqələr qurmaq üçün çalışmışam. 2022-ci ildə ora getmişdim.”

Elizabet Tsurkov əlavə edir: “İraqda Mossad və CIA ilə əlaqəli bir qüvvə olaraq, İraqda nümayişlərin koordinasiyası - nümayişlər vasitəsilə təfriqə salmaq və təfriqələrin gücləndirilməsi məsələsi üzərində işləyirdim. Biz İraqda şiə-şiə müharibəsi yaratmaq üçün ixtilafları gücləndirməyə çalışırdıq.”

Elizabet Tsurkov başqa bir hissədə deyir: “Mən İraqa Mossad və CIA-ya xidmət etmək üçün gəlmişəm və artıq 7 aya yaxındır ki, həbsdəyəm. Mən İsrailə xidmət etmişəm və düşünürəm ki, məni azad etmək üçün heç bir tədbir görülməyib.”


1778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP