Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2023

Yaponiyada sionist rejim səfirliyinə avtomobillə hücum edildi

“Reuters”-in verdiyi məlumata görə, kiçik avtomobil Tokioda Təl-Əviv səfirliyinin 100 metrliyindəki kəsişmədə hasara çırpılıb. Bir polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir.

Qəzanın baş verdiyi küçədəki videolardan birində avtomobilin hasarın yaxınlığındakı müvəqqəti maneəyə dəydiyi görünür. Hadisə yerində həbs edilən şəxsin sağçı qruplaşma üzvü olduğu və təxminən 50 yaşının olduğu deyilir.

Sionist rejimin Yaponiyadakı səfirliyinə hücum cəhdi dünyanın ictimai rəyinin Qəzzada yaşayan fələstinlilərin sionistlərin hücumlarında qətliam edilməsində etirazını davam etdirdiyi bir vaxtda baş tutub. Bir ay əvvəl də Təl-Əvivin Pekindəki səfirliyinin əməkdaşına hücum edilmişdi.

Yaponiya səlahiyyətliləri bu gün (cümə axşamı) Tokioda sionist rejim səfirliyinə hücum etməyə cəhd edən şəxsin bunu hansı səbəbdən törətməsi barədə əlavə məlumat və ya təfərrüat verməyib.


974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP