Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2023

Hindistanın Baş naziri sionist rejimin Qəzzada törətdiyi qətliamı pisləyib

Hindistanın Baş naziri Narendra Modi cümə günü “Cənub Dünyasının Səsi Toplantısı” kimi tanınan beynəlxalq iclasın açılışında sionist rejimin Qəzzaya qarşı apardığı müharibədə dinc sakinlərin qətliam edilməsini pisləyib.

CNN-in verdiyi xəbərə görə, Modi deyib: “Biz İsrail və HƏMAS arasındakı qarşıdurmada mülki şəxslərin həlak olmasını şiddətlə qınayırıq.”

O, böhranın həlli üçün maksimum təmkinliliyə, həmçinin danışıqlar və diplomatiyaya çağırıb.
Hindistanın Baş naziri əlavə edib: “Yeni Dehli Fələstin Muxtar İdarəsinin başçısı Mahmud Abbasla danışıqlar apardıqdan sonra Fələstin əhalisinə humanitar yardımlar göndərib.”

Modi cənub dünyası ölkələrini daha yaxşı dünya yaratmaq üçün birliyə çağırıb.


1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP