Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2023

Əl-Əzhər dünyanın bütün azad insanlarını İsrail terrorizminə qarşı birləşməyə çağırdı

Misirin Əl-Əzhər Universiteti bəyanat yayaraq, dünyanın azad insanlarını işğalçı sionist rejimin Qəzza zolağında törətdiyi terroru ifşa etməyə və ona qarşı birləşməyə çağırıb.
Əl-Əzhər Universitetinin dünən Facebook sosial şəbəkəsində yaydığı bəyanatda sionist rejimin Faxura və Təll əz-Zətər məktəblərinə vəhşi hücumları kəskin şəkildə pisləyib.
Bəyanatda vurğulanır: “Yüzlərlə insanın şəhid olduğu və yaralandığı Əl-Faxura və Təll əz-Zətər məktəblərində günahsız qaçqınların hədəfə alınması qeyri-insani və əxlaqdan uzaq bir cinayət hesab edilir və bu qaniçən rejimin vəhşiliyinin keçmişinə əlavə edilir. Bu rejim insanlığın, əxlaqın və dəyərlərin mənasını anlamır və yalnız qətlin, zülmün, insan haqlarının pozulmasının dilini başa düşür.”
Əl-Əzhər dünyanın bütün azad insanlarını İsrail terrorizminə və onların arxasında duranlara qarşı birləşməyə, uşaqları, qadınları, qocaları və gəncləri hədəf alan bu “qara təcavüzə” son qoymağa çalışmağa və günahsız fələstinlilərə qarşı davam edən qırğınları ifşa etməyə çağırıb.
Əl-Əzhər bəyanatının sonunda vurğulayıb ki, istənilən işğal aradan qalxacaq və İsrail işğalçıları Fələstin torpaqlarını tərk edəcəklər.


968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP