Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2023

Əl-Əzhər fətva verdi: Qəzzada baş verən qırğınlar sionist rejimin tərəfini tutanlar üçün alın ləkəsidir

Əl-Əzhər Böyük Alimlər Heyəti sionist rejim qovulana qədər Fələstin xalqının özünü müdafiə hüququna qətiyyətli dəstəklərini bəyan ediblər.

Əl-Əzhər alimləri vurğulayıblar ki, Qəzzədəki qətliam və qırğınlar sionist rejimə maliyyə və silah dəstəyi göstərənlərin alnında rüsvaylıq ləkəsidir və tarix bu ölkələri yaddan çıxarmayacaq.

Əl-Əzhər alimləri ABŞ-ın sionistlərin Qəzzəyə hücumlarının dayandırılmasına dair qətnaməyə veto qoymasını pisləyərək, Haaqa Məhkəməsindən sionist rejim rəhbərlərini hərbi cinayətkar kimi mühakimə etməyi istəyiblər.
Misirin bu ən yüksək dini qurumu Ərəb və İslam ölkələrini Təl-Əvivin hücumlarını dayandırmaq və Qəzza zolağının mühasirəsini yarmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb və bu məsələni bu ölkələr üçün “şəriət vəzifəsi” adlandırıb.
Qeyd edək ki, Misir alimlərinin bu fətvasına əsasən, Yəmən, İraq, Livan və digər ölkələrdə müqavimət qüvvələrinin Qəzza əhalisinə qarşı soyqırımı dayandırmaq və Qəzzanın mühasirəsini yarmaq üçün sionist rejim əleyhinə atdığı addımlar şəriət vəzifəsinə əməl etmək hesab olunur.
Əl-Əzhər alimləri sionist rejimin vəhşicəsinə hücumlarından, qadın və uşaqların qətliam edilməsindən narahat olduqlarını bildirərək, bu cinayətlərdə məqsədin Fələstində etnik təmizləmə aparmaq olduğunu vurğulayıblar.


1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP