Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2024

Müxtəlif ölkə və təşkilatlar İranda baş verən terror aktını pisləyib

Bu gün günortadan sonra Kirmanda şəhid Qasim Süleymaninin məzarının zəvvarların şəhadətinə səbəb olan terror hadisəsinin ardınca Qətər, İrlandiya, Səudiyyə Ərəbistan, Almaniya, Oman, Rusiya, Venesuela, İraq, Suriya, Yəmən ölkələri və Avropa İttifaqının nümayəndəsi bu hadisəni pisləyib, ölkəmizin hökuməti və xalqı ilə həmdərdlik ifadə ediblər.

Qətər
Qətər Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “Doha hökuməti bu acı hadisə ilə bağlı həlak olanların ailələrinə, İran hökuməti və xalqına başsağlığı verir və hadisədə yaralananların sağalmasını arzulayır.”

Yəmən
Yəmən Üləma Məclisi general Qasim Süleymaninin şəhadəti ildönümündə Kirman şəhərində törədilən və onlarla günahsız insanın şəhid olmasına səbəb olan terror partlayışlarını qətiyyətlə pisləyib.

Oman
Oman Xarici İşlər Nazirliyi Kirmdanda baş verən iki terror partlayışı ilə bağlı dost ölkə kimi İran İslam Respublikasına və bu hadisənin qurbanlarının yaxınlarına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.

İraq
İraq hökumətinin sözçüsü Basim əl-Avadi İranın Kirman şəhərində baş verən terror aktına münasibət bildirərək deyib: “İraq hökuməti İranın Kirman şəhərində onlarla insanın həlak olması ilə nəticələnən terror hadisəsini pisləyir, İran hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edir.”

Avropa İttifaqı
Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığında Kirman şəhərində törədilən terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailələrinə, eləcə də İran hökuməti və xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.

Rusiya
Rusiya Prezidenti Putin İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei və bu ölkənin Prezidenti İbrahim Rəisiyə məktub göndərərək, terrorun bütün formalarını pisləyib və Kirmanda törədilən terror aktı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Venesuela
Venesuelanın Xarici İşlər Naziri İvan Xeyl bəyanatla çıxış edərək şəhid Qasim Süleymaninin anım günündə törədilən terror aktını pisləyib, İran xalqı, hökuməti və həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib.

İrlandiyanın Xarici İşlər naziri Maykl Martin X sosial şəbəkəsində mesaj dərc edərək yazıb: “Bu gün İranda baş verən partlayışı qətiyyətlə pisləyirəm, bu, qınanılası və kor-koranə hücum idi”.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi: Biz İranda dinc insanlara zərər verən terror hücumlarını rədd edir və pisləyirik.

Almaniya Xarici İşlər Nazirliyi: Aralarında çoxlu uşaqların da olduğu Kirmanda bu gün baş verən partlayışlarda ölənlərin sayı bizi çox kədərləndirdi. Biz bu terror aktını pisləyirik./irna/


2373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP