Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2024

HƏMAS beynəlxalq qurumları fələstinlilərin köçürülməsinə qarşı çıxmağa çağırıb

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (HƏMAS) beynəlxalq qurumları sionist rejimin fələstinlilərin məcburi köçürülməsi hərəkəti ilə qarşılaşmağa çağırıb.

İRNA-nın cümə günü səhər saatlarında Rusiyanın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, HƏMAS bəyanat yayaraq BMT qurumlarından sionist işğalçıların yüzlərlə fələstinlinin Qüdsdən və 1948-ci ildə işğal olunmuş ərazilərdən çıxarılması qərarına qarşı çıxmağı istəyib.

HƏMAS-ın beynəlxalq qurumlara ünvanladığı bəyanatda bildirilir ki, beynəlxalq təşkilatları sionist işğalçıların yüzlərlə fələstinlini Qüdsdən və 1948-ci ildə işğal olunmuş ərazilərdən zorla çıxarmaq qərarına qarşı çıxmağa çağırırıq.

Bəyanatda əlavə edilir: “Biz sionist işğalçıların etnik təmizləmə cinayətinin qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edirik.”


1794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP