Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2024

Sionist rejim Haaqa Məhkəməsinin mənfi nəticələrinin intizarında

Haaretz qəzeti yazıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzada soyqırım törətdiyinə dair istənilən qərarı “əhəmiyyətli mənfi mənəvi nəticələrə” səbəb olacaq.

Qəzetin bildirdiyinə görə, Haaqa Məhkəməsinin bununla bağlı qərarı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna İsrailin yüksək vəzifəli məmurlarına qarşı tədbirlər görməyə imkan verir.
Ötən həftə Cənubi Afrika Haaqa Məhkəməsinə “İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım mahiyyəti daşıyan hərəkətləri” ilə bağlı şikayət təqdim edib və İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq üçün müvəqqəti əmr verməyə çağırıb. Bu iş üzrə məhkəmə iclası yanvarın 11 və 12-nə təyin edilib. İndiyədək Malayziya və Türkiyə bu şikayəti dəstəkləyib.

Kan telekanalı İsrail rəsmilərinin Haaqa Ədalət Məhkəməsinin Qəzzada hərbi əməliyyatların dayandırılması barədə qərar çıxarmasından qorxduğunu bildirib.
Sionist rejimin “xarici işlər nazirliyi” öz səfirliklərinə və siyasətçilərə Cənubi Afrikanın şikayətinə qarşı çıxmaları üçün təzyiq göstərməyi tapşırıb.


2212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP