Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2024

Bakıda qardaş qardaşı güllələdi

Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İ.Həşimov saxlanılıb.


1974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP