Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2024

Makron: Fransa ABŞ-ın Yəmənə qarşı koalisiyasında iştirak etmir

Fransa prezidenti Emmanuel Makron Fransanın bölgədə gərginliyin artmasının qarşısını almaq üçün Yəmən qüvvələrinə qarşı qabaqlayıcı hücumlarda iştirak etməyəcəyini açıqlayıb.

“Sputnik”-in verdiyi xəbərə görə, Makron X sosial şəbəkəsində mətbuat açıqlamasında bildirib: “Fransa Yəməndə Husi qüvvələrinə (Yəmən Ənsarullah Hərəkatı) qarşı koalisiyanın hücumlarında iştirak etməmək qərarına gəlib. Çünki biz regionda gərginliyin artmasının qarşısını almaq istəyirik.”

Yəmən ordusu sionist rejimin Qəzzə əhalisinə qarşı amansız müharibəsi başlayandan bəri, Fələstin xalqına və Qəzzənin məzlum əhalisinə dəstək məqsədilə sionist rejimlə əlaqəli gəmilərin Bab əl-Məndəbdən keçidinə mane olur və müharibə dayandırılana kimi bu vəziyyətin davam edəcəyini elan edib. ABŞ və İngiltərə isə Qəzzə əhalisinin qətliam edilməsi üçün sionist rejimə dəstək olaraq, Yəmənə qarşı koalisiya yaratmağa səy edir.


2217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP