Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2024

Yunanıstanda sionist rejimə aid şirkətin qarşısında bomba partladıldı

“Əl-Cəzirə” telekanalı Yunanıstanın sahilyanı şəhərlərindən birində sionist rejimə aid "ZIM" şirkətinin yaxınlığında partlayış baş verdiyini xəbər verib.

Bu xəbərə görə, "Times of Israel" qəzeti çərşənbə günü yunan polis mənbələrinə istinadən Yunanıstanda İsrailin ZİM şirkətinin yaxınlığında bombanın partladığını bildirib.

Yunanıstanın yerli polisi partlayışı təsdiqləyib və partlayışın Yunanıstanın sahilyanı Pirey şəhərində baş verdiyini və məhdud ziyan vurduğunu açıqlayıb.

“Əl-Cəzirə”-nin məlumatına görə, sionist rejimə aid şirkətin ətrafını bombaladıqdan sonra partlayışı törədənlər hadisə yerində Fələstinə dəstək bəyanatları dərc edərək oradan uzaqlaşıblar.
“ZIM” işğal olunmuş Fələstində sionist rejimə aid yüklərin daşınması üçün nəqliyyat şirkətidir və bu şirkətin baş qərargahı Hayfadadır.


2065 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP