Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2024

Pakistan İranla gərginliyin bitdiyini elan etdi

Pakistan Milli Təhlükəsizlik Komitəsinin bugünkü iclasından sonra, bu ölkənin kabinet üzvləri siyasi və hərbi rəhbərlərin İran İslam Respublikası ilə tam diplomatik əlaqələrin bərpası və iki ölkənin səfirlərinin bir-birinin paytaxtlarına qayıtması ilə bağlı yekun qərarı ilə razılaşıblar.

İRNA müxbirinin cümə günü axşam saatlarında Pakistan KİV-lərinə istinadla verdiyi məlumata görə, İslamabadda Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakarın sədrliyi ilə Milli Təhlükəsizlik Komitəsinin fövqəladə iclası keçirilib.

Pakistan Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən, bu ölkə İranla tam diplomatik münasibətləri bərpa edib və tezliklə İran və Pakistanın səfirləri bir-birinin paytaxtlarına göndəriləcək.


1880 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP