Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2024

Bakıda mağazada 33 yaşlı kişi öldürüldü

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.


1764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP