Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2024

Briqada generalı Aştiyani: Biz regionda və dünyada baş verən bütün prosesləri izləyirik

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri regionda və dünyada baş verən bütün prosesləri daim izlədiyimizi vurğulayaraq dedi: Dünyadakı yeni və müasir texnologiyalar nəzərdən keçirilir və silahlı qüvvələrin ehtiyaclarına uyğunlaşdırılır.

İRNA-nın müdafiə şöbəsinin hesabatına əsasən, Əmir briqada generalı Aştiyani çərşənbə axşamı orduya çoxlu sayda PUA-ların tiəhvil verilməsi mərasimində Müdafiə Nazirliyinin ən mühüm vəzifələrindən biri ordunu təchiz etmək və silahlandırmaq olduğunu bildirib və qeyd edib: Bu PUA-ların təhvil verilməsi İran İslam Respublikası Ordusunun döyüş qüdrətinə əhəmiyyətli təsir göstərəcək.

O, regionda və dünyada baş verən bütün proseslərin daim izlənildiyini bildirərək və əlavə edib: Ölkəni müdafiə etmək və quru, hava, dəniz və kosmik təhlükələrlə mübarizə aparmaq üçün dünyadakı yeni və müasir texnologiyalar nəzərdən keçirilir və silahlı qüvvələrin ehtiyaclarına uyğunlaşdırılaraq lokallaşdırılır və istehsal edilir.

Müdafiə naziri qeyd etdi: Biz xalqı əmin edirik ki, biz bütün gücümüzü və səyimizi ölkənin müdafiəsi, silahlı qüvvələrin caydırma qüdrətinin artırılması, döyüş qabiliyyətinin yüksəldilməsi üçün sərf edəcəyik və düşmən məyus olacaq.


1965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP