Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2024

İran və Pakistan terrorçuların amanını kəsəcək

İslamabadda səfərdə olan İranın xarici işlər naziri Əmir Abdullahiyan Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə keçirdiyi birgə mətbuat konfransında deyib: “Dünyada çox az ölkə İran və Pakistan qədər mədəni, coğrafi və tarixi ortaqlığa malikdir. İran və Pakistan arasında heç vaxt ərazi problemi və ya sərhəd mübahisəsi olmayıb və bu məsələ iki ölkə arasındakı münasibətlərin qürurverici məqamlarından biridir.”
İranın xarici işlər naziri əlavə edib: “Münasibətlərimiz təsdiq edir ki, biz iki fərqli coğrafiyada bir millətik. Biz Pakistanın təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik.”

Əmir Abdullahiyan vurğulayıb: “Hər iki tərəf bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Bu gün biz İslamabaddayıq ki, Cilani ilə yüksək səslə bunu elan edək: İran və Pakistan terrorçulara iki ölkənin təhlükəsizliyini hədəf almağa fürsət verməyəcək.”

Abdullahiyan qeyd edib ki, ötən illərdə iki ölkə təhlükəsizlik üçün çoxlu şəhid verib və terrorçular iki ölkənin təhlükəsizliyinə külli miqdarda ziyan vurublar. İran və Pakistanın sərhəd bölgələrində terrorçuların üçüncü dövlətlər tərəfindən idarə olunduğu şübhə doğurmur. Onlar heç vaxt İran və Pakistanın xalqlarının xeyrini istəmirlər.


2263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP