Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2024

Ayətullah Xamenei: İslam dünyasının səlahiyyətliləri sionist rejimlə əlaqələri kəsmək üçün ictimai tələb yaratmalıdır

Fəcr ongünlüyü ilə eyni vaxtda və 1979-cu il fevralın 8-də bir qrup humafar (humafar; İranda şahlıq rejimi zamanı HHQ) qüvvələrinin İmam Xomeyniyə (rə) tarixi beyətinin ildönümü ərəfəsində, İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanlarından ibarət bir qrup İmam Xomeyni (rə) Hüseyniyyəsində İnqilabın Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

Bu görüşdə Həzrət Ayətullah Xamenei xalqın 11 fevral yürüşündə şövqlə iştirakının milli iqtidarın əlaməti olduğunu vurğulayaraq dedi: Builki yürüşdə xalqın iştirakı da Allahın lütfü ilə şövqlə olacaq.

Düşmən cəbhəsinin elita üçün planı olduğunu bildirən inqilab rəhbəri əlavə edib: Elitanın cəmiyyətdə sürətləndirici rolunun qarşısını almaq, onlarda şübhə və süstlük yaratmaq düşmənin ən mühüm planıdır.

Həzrət Ayətullah Xamenei davam etdi: İslam dünyasının səlahiyyətliləri Qəzza məsələsinə görə məsuliyyət daşıyırlar. İslam dünyasının səlahiyyətliləri sionist rejimlə əlaqələri kəsmək üçün ictimai tələb yaratmalıdır.

O, bununla bağlı deyib: İslam dünyasının alimləri, ziyalıları, siyasətçiləri və jurnalistləri xalq arasında ictimai tələb yaratmalıdırlar ki, onların hökumətləri sionist rejimə qəti zərbə vurmağa məcbur olsun. Biz demirik ki, onlar döyüşə getsinlər, getməyəcəklər, bəziləri üçün mümkün ola da bilməz. Amma, iqtisadi əlaqələri poza bilərlər.

Həzrət Ayətullah Xamenei xalqların hökumətləri sionist rejimə dəstəyi dayandırmağa məcbur etmək qabiliyyətinə malik olduqlarını vurğulayaraq deyib: Bu qəddar və canavar xislətli rejimin qadınlara, uşaqlara, xəstələrə hücum etməsinə və iyirmi neçə min insanı qətlə yetirməsinə baxmayaraq, bəzi İslam ölkələri hələ də ona iqtisadi yardım edir, hətta onların bəzilərinin sionist rejimə silah verməsi ilə bağlı xəbərlər də eşidilir./irna/


1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP