Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2024

Hizbullah sionist rejim kazarmasını raketlə vurdu

Livan Hizbullah Hərəkatı bəyanat yayaraq iki ədəd "Burkan" raketi ilə sionist rejimin Ramim kazarmasını hədəfə aldığını bildirib.

İRNA-nın çərşənbə axşamı “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Livan Hizbullahı bəyanatda əlavə edib ki, bu kazarma birbaşa Hizbullahın raketləri ilə hədəfə alındı və sionist rejim bu hücumda itkiyə məruz qaldı.

Bu səhər də xəbər mənbələri Livanın islami müqavimətinin işğal olunmuş Fələstinin şimalına yeni hücumları barədə məlumat yayıblar. Bu xəbərə əsasən, işğal olunmuş Fələstinin Livanla sərhədindəki “Əsba əl-Cəlil” ərazisindəki “Margliyut” qəsəbəsində həyəcan siqnalı verilib.


1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP